“Fənər” “Latsio”nu məğlub etdi
30.07.2025 - 23:37
“Fənər” “Latsio”nu məğlub etdi

Türkiyə Super Liqa təmsilçisi "Fənərbaxça" bu gün sonuncu hazırlıq matçına çıxıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu evdə "Latsio"nu sınağa çəkib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 1 qola şahidlik ediblər. Görüş "Fənər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.