"Fənərbaxça" istədi, "Yuventus" aldı
24.06.2025 - 11:21

“Lill”in futbolçusu Conatan Devid karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, kanadalı hücumçu “Yuventus”la razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Devid “qoca sinyora”nın illik 6 milyon avro maaş təklifinə “hə” deyib.
Conatanın adı daha öncə “Fənərbaxça” ilə hallanırdı.
Kanada millisinin də üzvü olan hücumçu başa çatan mövsümdə 49 oyunda 25 qol vurub, 12 məhsuldar ötürmə edib.
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
- “Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib
- “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
- “Liverpul”un sabiq futbolçusunun yeni komandası müəyyənləşib
0
0