"Fənərbaxça" lotereya qazandı: Transfer qiyməti ilə tarixə düşəcək
10.07.2025 - 19:39
Viktor Osimhenin transferini yekunlaşdıra bilməyən "Əl-Hilal" yenidən diqqətini Yusif En-Nesriyə yönəldib.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi mərakeşli hücumçunu almaq üçün təklifini yeniləyib.
"Əl-Hilal" daha əvvəl En-Nesri üçün 30 milyon avro təklif etsə də, "Fənərbaxça"nın tələbi 40 milyon avro idi.
Digər tərəfdən "Əl-Hilal" En-Nesri ilə müqavilə bağlasa, "Fənərbaxça" yenidən Duşan Vlahoviçi hədəfə alacaq.
Qeyd edək ki, "Yuventus"un futbolçunun müqaviləsini qarşılıqlı olaraq ləğv etməyə hazır olduğu bildirilib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0