"Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb
19.06.2025 - 13:13

Super Liqa təmsilçilərindən "Fənərbaxça" "Real Madrid"in futbolçusu Lukas Vazkes ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin sözlərinə görə, "sarı-lacivərdlilər" artıq Madrid klubu ilə rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, 2 iyul 2015 tarixindən "Real"ın şərəfini qoruyan ispan futbolçunun La Liqa nəhəngi ilə müqaviləsi iyunun 30-da başa çatacaq.
0
0