"Fənərbaxça"nın 11 yaşlı üzgüçüsü faciəvi şəkildə həlak olub
21.01.2025 - 17:36
"Fənərbaxça"nın 11 yaşlı üzgüçüsü faciəvi şəkildə həlak olub

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Fənərbaxça" idman klubunun üzgüçüsü Vedia Nil Apak vəfat edib.

Apasport.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 11 yaşlı idmançının anası Ferda Apak da yanğında həyatını itirib. 

Son xəbərlərə görə, yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

0