"Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb
24.02.2025 - 13:34
"Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb

"Reyncers" Filip Klementlə yollarını ayırdı

Şotlandiya Premyer Liqasında çempionluq uğrunda "Seltik"lə mübarizə aparan "Reyncers" "Mirren"ə 2:0 hesabı ilə uduzduqdan sonra gözlənilməz qərar verib.

Apasport.az xəbər verir ki, Şotlandiya klubu baş məşqçi Filip Klementlə yolları ayırıb.

"Seltik" və "Reyncers" çempionluq mübarizəsi

Belçikalı mütəxəssis 2023-cü ilin oktyabr ayından "Reyncers"i çalışdırırdı. 

"Seltik" 69 xalla Şotlandiya çempionatına liderlik edir. Rəqibindən 13 xal geri qalan "Reyncers" isə ikincidir. 

"Fənərbaxça" - “Reyncers” matçı nə vaxtdır? 

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 finalında "Fənərbaxça" martın 6-da "Ülkər stadionu"nda “Reyncers”i qəbul edəcək. Bu oyunun cavab görüşü martın 13-də Şotlandiyada keçiriləcək.