“Fənər”dən Con Duran iddialarına cavab
16.07.2025 - 21:54
“Fənər”dən Con Duran iddialarına cavab

“Fənərbaxça” Con Duranla bağlı sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib.

Apasport.az xəbər verir ki, İstanbul klubu futbolçunun komandanın Portuqaliyada keçirilən təlim-məşq toplanışına qoşulmadığına dair iddiaları rədd edib.

“Sarı-lacivərdlilər”in mətbuat xidmətinin rəhbəri Alper Yemenicilər bu məsələ ilə bağlı rəsmi sosial media hesabında açıqlama yayıb:

“Xarici mətbuatda baş məşqçimiz Joze Mourinyoya aid edilən və futbolçumuz Con Duranla bağlı yayılan məlumatlar tamamilə yalandır. Mourinyo bu mövzuda heç bir açıqlama verməyib. Futbolçumuz isə bu gün axşam saatlarında komandamızın Alqarve toplanışına qoşulmaq üçün Portuqaliyaya çatıb”.

Qeyd edək ki, “Marca” nəşri Mourinyonun 21 yaşlı kolumbiyalının təlim-məşq toplanışına qatılmamasını hörmətsizlik kimi qiymətləndirdiyini iddia etmişdi.