FIFA-dan Türkiyə klubuna transfer cəzası
25.02.2025 - 15:23
FIFA-dan Türkiyə klubuna transfer cəzası

FIFA Türkiyənin "Sivasspor" klubuna transfer qadağası qoyub.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb

Sivas təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Qeyd edək ki, "Sivasspor" hazırda Super Liqada 24 turdan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.