Flik "Barselona"nı iki futbolçu ilə gücləndirmək istəyir
29.06.2025 - 10:56
Flik "Barselona"nı iki futbolçu ilə gücləndirmək istəyir

Kataloniya "Barselona"sı yay transfer pəncərəsində daha iki futbolçu ilə güclənə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "sport.es" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, “mavi qranatlar”ın çalışdırıcısı Hans-Diter Flik iki mövqeni gücləndirmək istəyir.

Alman mütəxəssis yeni sağ cinah müdafiəçi ilə yanaşı, mərkəz hücumçusu da almağı planlaşdırır.

Qeyd edək ki, kataloniyalılar daha əvvəl qapıçı Joan Qarsianın transferini tamamlayıb.