Flik Fatini komandada istəmir
06.05.2025 - 10:52
Flik Fatini komandada istəmir

"Barselona"nın hücumçusu Ansu Fati komandadan ayrılacaq.

Apasport.az "El Nacional"a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində 22 yaşlı futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.

"Barselona" 2024/2025 mövsümü bitdikdən sonra Fati üçün təkliflər gözləyəcək.

Hücumçunun transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. Onun kataloniyalılarla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.

Ansu İspaniya çempionatının cari mövsümündə "Barselona"nın heyətində cəmi 6 oyun keçirib.