Foden "Real Madrid"lə oyunda zədələnib
10.04.2024 - 12:16

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden "Real"la (3:3) oyunu başa vura bilməyib.
Apasport.az xəbər verir ki, ingilis futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin Madriddə keçirilən ilk oyununda “şəhərlilər”in start heyətində meydana çıxıb.
66-cı dəqiqədə 23 yaşlı futbolçu qol vuraraq hesabı 2:2-yə çatdırsa da, 87-ci dəqiqədə Pep Qvardiola onu əvəz etmək məcburiyyətində qalıb. Fodenin meydandakı yerini Julian Alvares tutub.
Qeyd edək ki, cütlər arasında cavab oyunu aprelin 17-də İngiltərədə keçiriləcək.
0
0