Fransa millisinin üzvü İran klubunda - Rəsmi
02.04.2025 - 02:03

Fransa millisi və "Monako"nun sabiq forvardı Vissam Ben Yedder karyerasını İranda davam etdirəcək.
Apasport.az xəbər verir ki, futbolçu "Sepahan"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, fransalı daha əvvəl "Monako", "Sevilya" və "Tuluz" kimi komandalarda çıxış edib.
0
0