
Super Liqada mövsümün iddialı komandalarından "Göztəpə"nin yeni transferi Emerson İzmirə gəlib.
Apasport.az xəbər verir ki, Braziliyanın "Atletiko Paranaense" komandasında çıxış edən 20 yaşlı hücumçunun tibbi müayinədən keçdiyi bildirilib.
Meneceri ilə İzmirə gələn gənc hücumçunun heç bir problem olmadığı təqdirdə bazar gününə qədər rəsmi müqavilə imzalayacağı və "Antalyaspor" matçı üçün heyətdə olacağı qeyd edilib.
Emersonun transferi ilə hücum gücünü artıran "Göztəpə"nin daha 2 transfer etməsi gözlənilir.
Qeyd edək ki, İzmir klubu 19 turdan sonra 31 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb