Gürcüstan millisinin futbolçusu PSJ-nin hədəfində
17.06.2024 - 12:49
Gürcüstan millisinin futbolçusu PSJ-nin hədəfində

Gürcüstan millisinin və "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya PSJ-də çıxış edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, vingerin transferi ilə  Paris komandasının baş məşqçisi Luis Enrike maraqlıdır. Kvaratsxeliyanın potensial transferi 80 milyon avro olaraq qiymətləndirilir.

Futbolçu ilə "Napoli" arasındakı əmək müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. İtaliya çempionatının ötən mövsümündə 23 yaşlı yarımmüdafiəçi 34 matçda iştirak edib, 11 qol vurub, 6 məhsuldar ötürmə edib.

0