Hakan Çalhanoğlu Çempionlar Liqasında bir ilkə imza atıb
01.06.2025 - 23:23
Hakan Çalhanoğlu Çempionlar Liqasında bir ilkə imza atıb

UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”lə Fransanın PSJ komandası üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, PSJ 5:0 hesabı ilə qələbə qazanaraq ilk dəfə kuboku başı üzərinə qaldırmağa müvəffəq olub.

İtaliya klubunda çıxış edən Hakan Çalhanoğlu final matçında ilk 11-də meydana çıxıb. Türkiyə yığmasının üzvü Çempionlar Liqasının finalında 2 dəfə çıxış edən ilk milli futbolçu olub. 

Milli futbolçu daha əvvəl 2022-2023-cü illərdə Çempionlar Liqasının finalında "İnter" forması ilə meydana çıxsa da, komandası finalda "Mançester Siti"yə məğlub olub.