İkardidən xəbər var: Dönüş tarixi bəlli olub
03.07.2025 - 22:55
İkardidən xəbər var: Dönüş tarixi bəlli olub

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin dönüş tarixi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə "Beinsport" məlumat yayıb. 

İkardinin iyulun 7-i İstanbula gəlib məşqlərə başlayacağı gözlənilir. 

Yeni transfer Leroy Sane isə 19-23 iyul tarixləri arasında baş tutacaq Avstriya düşərgəsinə qatılacaq.

Qeyd edək ki, "Qalatasaray" yeni mövsümün hazırlıqlarına iyulun 4-də başlayacaq.