İngiltərə millisinin baş məşqçisi bəlli oldu - Rəsmi
16.10.2024 - 13:07
İngiltərə millisinin baş məşqçisi bəlli oldu - Rəsmi

İngiltərə yığması yeni baş məşqçi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, millinin baş məşqçi postunu almaniyalı mütəxəssis Tomas Tuxel tutacaq. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

O, 2025-ci ildən komandaya rəhbərlik edəcək.

Xatırladaq ki, Tuxel daha əvvəl "Bavariya"nı çalışdırırdı. Mütəxəssis Almaniya nəhənginin məşqçi postunu bu ilin yazında tərk edib. O bundan öncə "Çelsi", PSJ, "Borussiya" kimi komandaları da çalışdırıb. 

Qeyd edək ki, Li Karsli hazırda İngiltərə millisinin müvəqqəti baş məşqçisidir. 

 

0