İngiltərə - Slovakiya matçını türkiyəli hakim idarə edəcək
28.06.2024 - 14:47

Türkiyəli hakim Halil Umut Meler AVRO-2024-ün 1/8 final mərhələsinə təyinat alıb.
Apasport.az xəbər verir ki, o, İngiltərə - Slovakiya matçını idarə edəcək.
Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Dördüncü hakim funksiyasını isə sloveniyalı Rade Obrenoviç yerinə yetirəcək.
Qeyd edək ki, İngiltərə - Slovakiya oyunu 30 iyun saat 20:00-da oynanılacaq.
0
0