
İngiltərəli keçmiş hakim Stiven Uilson həbs olunub.
Apasport.az "Daily Mail"ə istinadla xəbər verir ki, Uilson cinsi təcavüzə görə ittiham olunur.
İngilis hakimin 2009-cu ildə yetkinlik yaşına çatmayan uşağa təcavüz etdiyi iddia edilir.
12 ildən sonra - 2021-ci ildə məhkəmə baş tutub. Bundan sonra Uilsonun öz "qurban"ını 3-4 saat ərzində ləyaqəti alçaldan işgəncələrə məruz qoyduğu ortaya çıxıb.
Keçmiş hakim 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, əvvəllər aşağı liqalarda hakim kimi çalışıb. Bəzi hallarda İngiltərə Premyer Liqasının oyunlarında köməkçi hakim kimi çıxış edirdi.