İngiltərəli müdafiəçi “Liverpul”u tərk etdi - RƏSMİ
24.06.2025 - 01:20
İngiltərəli müdafiəçi “Liverpul”u tərk etdi - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, mersisaydlıların müdafiəçisi Nataniel Fillips komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı futbolçu Çempionşip təmsilçisi “Vest Bromviç”ə transfer olunub. O, yeni klubu ilə üç illik müqavilə imzalayıb.

Qeyd edək ki, ingiltərəli oyunçu 2016-cı ildən "Liverpul"da çıxış edirdi.