“İnter” Kanada millisinin üzvü ilə maraqlanır
29.03.2025 - 14:54
“İnter” Kanada millisinin üzvü ilə maraqlanır

"Lill"in futbolçusu Conatan Deyvid karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, futbolçu ilə "İnter" yaxından maraqlanır.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq 25 yaşlı hücumçunu pulsuz şəkildə heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, Fransa klubu Deyvidi 2020-ci ildə "Gent"dən 27 milyon avroya heyətinə qatmışdı.

Qeyd edək ki, Kanada millisinin üzvü bu mövsüm "Lill"in heyətində iştirak etdiyi 41 rəsmi matçda 23 qol, 10 assistlə yadda qalıb.