İtaliya millisinin üzvü daha 2 il “Napoli”də - RƏSMİ
27.06.2025 - 18:55
İtaliya millisinin üzvü daha 2 il “Napoli”də - RƏSMİ

İtaliya A Seriyası təmsilçilərindən "Napoli" futbolçusu ilə müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, komanda Aleks Meretin sözləşməsinin müddətini uzadıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Napoli" Aleks Mereti 2018-ci ilin yayında "Udineze"dən transfer edib.

İtaliya millisinin üzvü ötən mövsüm Neapol təmsilçisinin heyətində 25 rəsmi matçda çıxış edib.