İtaliya millisinin üzvü daha 3 il “Napoli”də - RƏSMİ
23.09.2025 - 22:21

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Napoli” klubu cinah müdafiəçisi Matteo Politano ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı vingerin müqaviləsi 2028-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, “Napoli” İtaliya millisinin üzvünü 2020-ci ilin əvvəlində “İnter”dən transfer edib. O, neapolluların heyətində indiyədək çıxış etdiyi 238 rəsmi matçda 34 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0