
Türkiyə Super Liqasının XX turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” “Adana Dəmirspor”u 4 cavabsız qolla məğlub edib.
Matçın ardından “sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransında bir sıra məqamlara toxunub:
“Qalib gəldik. Sayılmayan qollar və qırmızı kart haqqında danışmaq istəmirəm. Qələbəyə layiq idik. Rəqib də özünü çox yaxşı tərəfdən göstərdi. Əllərindən gələni etdilər.
Çempionat ərzində lazımsız xallar itirdik. Onlar da (Qalatasaray) qazana bilməyəcəkləri xalları qazandılar”.
Qeyd edək ki, İstanbul təmsilçisi bu qələbə ilə xallarının sayını 45-ə çatdıraraq liderlə arasındakı fərqi 6-ya endirib.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"