Juninyo "Flamenqo"da debüt edib
26.01.2025 - 12:09

Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Juninyo Braziliyada debüt edib.
Apasport.az xəbər verir ki, hücumçu "Carioca - Taca Guanabara" turnirində "Volta Redonda" ilə matçda meydana çıxıb.
Forvard 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub.
Qarşılaşma "Flamenqo"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
0
0