“Kamp Nou"da fəhlələr arasında dava düşüb
11.10.2024 - 23:24
“Kamp Nou"da fəhlələr arasında dava düşüb

İspaniyanın "Barselona" klubunun “Kamp Nou” stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb.

Apasport.az xəbər verir ki, hadisə işçi qrupları arasında baş verib.

20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulub.

Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.

0