Kvaratsxeliya ən yaxşı seçildi
10.10.2024 - 20:56
Kvaratsxeliya ən yaxşı seçildi

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bunu yarışın mətbuat xidməti açıqlayıb.

Ötən ayın ən yaxşısı "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya seçilib. O, səsvermədə Qleyson Bremer (“Yuventus”), Santyaqo Kastro (“Bolonya”), Patrik Kutrone (“Komo”), Federiko Dimarko (“İnter”) və Kristian Pulişiçi (“Milan”) geridə qoyub.

Qeyd edək ki, Xviça meydana çıxdığı 3 oyunda 2 qol və 1 assistlə yadda qalıb.

0