
FIFA yayda keçiriləcək klublararası dünya çempionatının mükafat fondunu təsdiqləyib.
Apasport.az xəbər verir ki, turnirdə iştirak edən klublar üçün ümumilikdə 525 milyon dollar ayrılıb. Avropa klublarına reytinqlərinə və gəlirlərinə görə pul ödəniləcək.
Ən yüksək payı "Mançester Siti", "Çelsi", "Real", "Bavariya" kimi klublar əldə edəcək.
Cənubi Afrika təmsilçiləri 15,21 milyon dollar iştirak bonusu qazanacaq. Şimali Amerika, Afrika və Asiya klublarına 9,55 milyon dollar veriləcək. Okeaniyadan turnirə qatılanlar isə 3,58 milyon dollar gəlir götürəcək.
Klublar turnirdə göstərdikləri nəticələrə görə gəlirlərini artıra biləcək. Bunun üçün əlavə 475 milyon dollar ayrılıb.
Klublararası dünya çempionatınınmükafatları
Qrupda qələbə - 2 milyon avro
Qrupda heç-heçə - 1 milyon dollar
1/8 final - 7,5 milyon dollar
1/4 final - 13,125 milyon dollar
Yarımfinal - 21 milyon dollar
Final - 30 milyon dollar
Çempion - 40 milyon dollar