Kolumbiya millisinin üzvü addım-addım “Fənər”ə
28.06.2025 - 20:40
Kolumbiya millisinin üzvü addım-addım “Fənər”ə

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda “Əl-Nəsr”də xoşbəxt olmayan və komandanı tərk etmək istəyən Con Duranla yaxından maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “sarı-lacivərdlilər”in idman direktoru Devin Özek 21 yaşlı hücumçunu razı salmaq məqsədilə Kolumbiyaya yollanıb.

Qeyd edək ki, Con Duran bu ilin yanvar ayında “Aston Villa”dan “Əl-Nəsr”ə 77 milyon avro qarşılığında transfer olunmuşdu.