Koman rəsmən “Əl-Nəsr”də
16.08.2025 - 10:30

"Bavariya"nın futbolçusu Kinqsli Komanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, o, "Əl-Nəsr"ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Koman 2015-ci ilin yayından "Bavariya"da çıxış edirdi.
0
0