Komandası 8:0 qalib gəldi - İSTEFAYA GÖNDƏRİLDİ
03.03.2026 - 14:30
“Flamenqo”nun baş məşqçisi Filipe Luis ilə yollar ayrılıb.
Apasport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu gün Rio-de-Janeyro ştat çempionatının (Karioka) yarımfinal mərhələsi çərçivəsində “Madureyra”ya qarşı keçirilən oyundan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Xatırladaq ki, qarşılaşma “Flamenqo”nun 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Filipe Luis 2024-cü ildən Braziliya təmsilçisinə rəhbərlik edirdi.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
0
0