“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçu ilə 10 Avropa klubu maraqlanır.
PSJ, “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Nyukasl”, “Tottenhem”, “Brayton” və “Monako” Batrakovu transfer siyahısına daxil edib.
Avropa klublarının skautları gənc yarımmüdafiəçinin meydanı görmək bacarığını, ötürmələrinin dəqiqliyini və hücumların təşkilindəki rolunu yüksək qiymətləndirirlər.
“Liverpul”un futbolçuya marağı daha ciddidir. İngiltərə təmsilçisi noyabrın 3-də Çempionlar Liqasında keçiriləcək “Qalatasaray” – “Ştutqart” matçını yerində izləmək üçün İstanbul klubundan xüsusi loja ayrılmasını istəyib.
Batrakovun müqaviləsində 55 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. Futbolçu satılacağı təqdirdə, “Qalatasaray” transfer məbləğinin 15 faizini Moskva “Lokomotiv”inə ödəməli olacaq.
Qeyd edək ki, Batrakov cari mövsüm Türkiyə Super Liqasında keçirdiyi 7 oyunda 2 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında isə 3 qarşılaşmada 2 qol vurub.