“Komo” niderlandlı futbolçunu heyətinə qatıb
02.07.2025 - 16:44
“Komo” niderlandlı futbolçunu heyətinə qatıb

İtaliya A Seriyası təmsilçisi “Komo” heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Sesk Fabreqasın rəhbərlik etdiyi klub bu dəfə “Az Alkmar”ın yarımmüdafiəçisi Cayden Addai transferini tamamlayıb.

19 yaşlı futbolçu tibbi müayinədən uğurla keçdikdən sonra klubla müqavilə imzalayıb.

Qeyd edək ki, Cayden Addai başa çatan mövsümdə “Az Alkmar” forması ilə çıxdığı 36 matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.