Krespo yenidən Braziliya klubunu çalışdıracaq
19.06.2025 - 11:17

Argentina millisinin sabiq hücumçusu Ernan Krespo ikinci dəfə "San-Paulo"ya baş məşqçi təyin edilib.
Apasport.az xəbər verir ki, 2021-ci ildə də komandaya 8 ay rəhbərlik edən argentinalı mütəxəssis bu dəfə Braziliya klubu ilə 2026-cı ilin dekabrına qədər müqavilə imzalayıb.
O, bu postda həmyerlisi Luis Zubeldianı əvəz edib.
Futbolçu karyerasında "İnter", "Çelsi" və "Milan"da çıxış edən Krespo sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərində "Əl-Ayn" klubunu çalışdırıb.
0
0