Kriştianu Ronaldo: "Buna inana bilmirəm"
03.07.2025 - 14:45
Kriştianu Ronaldo: "Buna inana bilmirəm"

Daha əvvəl xəbər verdiyimiz kimi, "Liverpul"un ulduz futbolçusu Dioqo Jota avtomobil qəzasında vəfat edib.

Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçunun yığma komandadan yoldaşı Kriştianu Ronaldo bununla bağlı rəsmi sosial media hesabından paylaşım edib.

40 yaşlı superulduz bu hadisəyə inana bilmədiyini bildirib: "Buna inana bilmirəm. Yenicə millidə birlikdəydik. Sənin ailənə, həyat yoldaşına və uşaqlarına başsağlığı verir, onlara səbir arzulayıram. Bilirəm ki, sən həmişə onların yanında olacaqsan. Diogo və André, Allah rəhmət eləsin. Hamımız sizin üçün darıxacağıq".

Qeyd edək ki, faciəvi hadisə İspaniyanın qərbində, A-52 magistralında baş verib.