Kurtua karyerasının ideal sonluğunu açıqlayıb
18.09.2026 - 12:30
“Real Madrid”in 34 yaşlı qapıçısı Tibo Kurtua futbolçu karyerasını “Genk”ə qarşı oyunla başa vurmaq arzusunda olduğunu bildirib.
Apasport.az xəbər verir ki, belçikalı qapıçı bu barədə “Forbes”ə müsahibəsində danışıb:
“Mən həmişə “Genk”ə qarşı oynamaq arzusunda olmuşam. Amma bu, heç vaxt baş tutmayıb. Düşünürəm ki, Çempionlar Liqasında “Genk” – “Real Madrid” oyunu karyeramın ideal sonluğu olardı”.
Qeyd edək ki, Tibo Kurtua “Genk”in yetirməsidir. O, ötən ilin yayında həmtəsisçisi olduğu NXTPLAY investisiya platforması vasitəsilə klubun səhmdarlarından birinə çevrilib.
0
0