
"France Football" nəşrinin təsis etdiyi və ilin ən yaxşı qolkiperinə təqdim olunan "Lev Yaşin" mükafatına namizədlərin siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda 10 qapıçıya yer verilib:
Alisson Beker – "Liverpul" (İngiltərə)
Yassin Bono – "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)
Lukas Çevalye – "Lill" (Fransa)
Tibo Kurtua – "Real Madrid" (İspaniya)
Cianluici Donnarumma – PSJ (Fransa)
Emiliano Martinez - "Aston Villa" (İngiltərə)
Yan Oblak - "Atletiko Madrid" (İspaniya)
David Raya - "Arsenal" (İngiltərə)
Matz Sels - "Nottingem Forest" (İngiltərə)
Yann Sommer - "İnter" (İtaliya)
Qeyd edək ki, qalib sentyabrın 22-də keçiriləcək “Qızıl top” təqdimetmə mərasimində elan olunacaq.