"Liverpul" "Bayer"in futbolçusunu istəyir
22.10.2025 - 21:21
"Liverpul" "Bayer"in futbolçusunu istəyir

“Liverpul” heyətini yeni sol cinah müdafiəçisi ilə gücləndirmək istəyir.

Apasport.az “Bild”ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Alexandro Qrimaldo ilə maraqlanır.

İngiltərə klubu ispan futbolçu üçün “Bayer”lə ilkin razılıq əldə edib. Onun transferinin qışda, yoxsa yayda reallaşacağı 2 aydan sonra bəlli olacaq.

Qrimaldonun Leverkuzen təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Barselona”nın yetirməsi olan Alex “Benfika”da da çıxış edib.