"Liverpul" İngiltərə millisinin müdafiəçisini istəyir
06.08.2025 - 11:26
"Liverpul" İngiltərə millisinin müdafiəçisini istəyir

Qarşıdakı mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmağı hədəfləyən “Liverpul” müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, mersisaydlılar “Kristal Pelas”ın futbolçusu Mark Gehi üçün London klubuna ikinci dəfə rəsmi təklif göndərib.

Lakin Premyer Liqa təmsilçisi bu təklifi də rədd edib. “Kristal Pelas” rəhbərliyi 25 yaşlı müdafiəçi üçün 55 milyon avro tələb edir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Mark Gehinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.