"Liverpul" Kloppun yerinə iki yeni namizəd seçib
01.04.2024 - 10:18
"Liverpul" Kloppun yerinə iki yeni namizəd seçib

"Liverpul" Yurgen Kloppun varisini tapmaq üçün işlərini davam etdirir.

Apasport.az “The Athletic”ə istinadla xəbər verir ki, mersisaydlılar İtaliyada çalışan iki mütəxəssislə maraqlanır.

Söhbət Tiaqo Motta ("Bolonya") və Simone İnzaqidən ("İnter") gedir.

Daha əvvəl mətbuatda ingilis qrandının Xabi Alonso, Ruben Amorim və Roberto de Zerbinin namizədliyini də nəzərdən keçirdiyi bildirilirdi. İspaniyalı mütəxəssis artıq bundan imtina edib və növbəti mövsümdə "Bayer"də qalmağa qərar verib.

İngiltərə çempionatının bu mövsümündə "Liverpul" 67 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Kloppun komandası ən yaxın rəqibini 2 xal qabaqlayır.
 

0