
"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, niderlandlının "qırmızılar"la yeni müqavilə barəsində danışıqları müsbət nəticələnib.
Klub kapitanı komandada saxlaya biləcəklərinə əmindir.
Van Deykin "Liverpul"la müqaviləsi gələn ilin yayında başa çatacağı üçün onun komandadakı gələcəyi qeyri-müəyyən hesab olunurdu.
Bundan əlavə, bir sıra Avropa nəhəngləri və Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri Vircil van Deyklə maraqlanırdı.
Qeyd edək ki, 33 yaşlı mərkəz müdafiəçisi 2018-ci ildən "Liverpul"un şərəfini qoruyur.