"Liverpul" və "Arsenal" hücumçu uğrunda mübarizə aparır
29.06.2025 - 12:16
"Liverpul" və "Arsenal" hücumçu uğrunda mübarizə aparır

"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Football-Italia” məlumat yayıb.

Mənbənin məlumatına görə, nigeriyalı forvardın transferində “Liverpul” və Londonun “Arsenal” klubları maraqlıdır.

Klub rəhbərliyi 27 yaşlı afrikalının satışından 45-50 milyon avro qazanmaq istəyir.

İtaliya A Seriyasının başa çatan mövsümündə Lukman 31 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun "Atalanta" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.