Luçesku TARİXƏ DÜŞÜB
06.09.2025 - 10:28
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku tarixə düşüb.
Apasport.az xəbər verir ki, onun rəhbərliyi altında komanda Kanada yığması ilə keçirilən yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub.
Matç zamanı Luçeskunun yaşı 80 il, 1 ay 7 gün olub.
Beləliklə, rumıniyalı mütəxəssis milli komandaya rəhbərlik edən ən yaşlı baş məşqçi kimi rekorda imza atıb. O, 1997-ci ildə Uruqvay millisini çalışdırmış Roke Maspolinin rekordunu yeniləyib.
Xatırladaq ki, Rumıniya millisi növbəti oyununu sentyabrın 9-da Kipr yığmasına qarşı keçirəcək.
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
0
0