Macarıstan millisinin üzvü “Liverpul”da
20.06.2025 - 17:58

"Bornmut"un sol cinah müdafiəçisi Miloş Kerkez "Liverpul"a transfer olacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar transferin bütün şərtləri ilə bağlı razılığa gəliblər.
Mersisaydlılar "Bornmut"a oyunçu üçün 40 milyon avro ödəyəcək.
Artıq 21 futbolçunun özü ilə də razılıq əldə olunub.
Qeyd edək ki, Macarıstan millisinin üzvü ötən mövsüm "Bornmut"un heyətində 41 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0