“Mançester Siti” heyətini yeni qapıçı ilə gücləndirib
30.07.2025 - 09:18
“Mançester Siti” heyətini yeni qapıçı ilə gücləndirib

“Mançester Siti” heyətini yeni qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, “şəhərlilər” “Bernli”dən Ceyms Traffordu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiperlə 5 illik müqavilə imzalanıb.

Trafford ötən mövsümdə Çempionşipdə 45 oyunda meydana çıxıb.