"Mançester Yunayted" Ten Haqı onunla əvəzləyəcək
05.10.2024 - 14:22
"Mançester Yunayted" Ten Haqı onunla əvəzləyəcək

"Mançester Yunayted" Erik ten Haqı əvəzləyəcək baç məşqçi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.

“Qırmızı şeytanlar” ispaniyalı Xabi Alonso ilə maraqlanır.

Mankunianlar 2024/2025 mövsümünün sonunda mütəxəssis dəvət etməyə hazırdır.

Alonso hazırda "Bayer Leverkuzen"in baş məşqçi postunu tutur. Daha əvvəl mətbuatda ispaniyalı ilə "Real Madrid" və "Bavariya"nın maraqlandığı bildirilirdi.

42 yaşlı mütəxəssis 2022-ci ildən “Bayer Leverkuzen”i çalışdırır. Onun komandası ötən mövsüm Bundesliqa çempionu olub. 
 

0