Yamal ən yaxşı adına layiq görüldü
05.10.2024 - 00:12

La Liqada sentyabrın ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal layiq görülüb.
Bunu La Liqanın rəsmi səhifəsi açıqlayıb 17 yaşlı futbolçu sentyabr ayında 4 oyunda iştirak edib. Yamal bu qarşılaşmalarda 3 qol və 1 ötürmə ilə yadda qalıb. Onun "Barsa" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, İspaniya yığmasının üzvü bu mövsümdə 10 oyunda 5 qol vurub, 5 ötürmə edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0