"Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir
18.04.2024 - 15:36

Fransa millisinin və "Barselona"nın müdafiəçisi Jül Kunde klubunu dəyişə bilər.
Apasport.az “Teamtalk”a istinadən xəbər verir ki,“Mançester Yunayted” futbolçunu transfer etməkdə maraqlıdır.
“Mançester Yunayted” fransalı müdafiəçini Aaron Van-Bissakanın əvəzləyicisi kimi nəzərdən keçirir.
“Transfermarkt” portalı 2022-ci ildən "Barselona"da çıxış edən futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin yayına qədərdir.
0
0