Markinyos “Real”ın radarına düşüb
03.06.2025 - 13:39
Markinyos “Real”ın radarına düşüb

Braziliya millisinin və PSJ-nin müdafiəçisi Markinyosun La Liqaya keçmək ehtimalı var.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

“Real” 31 yaşlı futbolçunun transferində maraqlıdır. “Kral klubu” Markinyos üçün 40 milyon avro ödəməyə hazırdır.

Markinyos 2013-cü ilin yayından bəri PSJ-də çıxış edir və komandanın əsas simalarından biridir. 

Braziliyalı müdafiəçi ötən mövsüm Liqa 1-də 22 oyuna çıxıb, 2 qol vurub.