Mbappe: "Puldan vacib şeylər var"
07.04.2025 - 13:23

"Pul vacibdir, amma daha vacib şeylər var".
Apasport.az xəbər verir ki, bunu "Real"ın futbolçusu Kilian Mbappe deyib.
O, vaxtilə PSJ-nin təklifini rədd etməsini bu cür açıqlayıb:
"Mən "Real"da oynamaq istəyirdim. Mənim üçün ən vacibi meydanda xoşbəxt olmaqdır və burada xoşbəxt olacağımı bilirdim".
Qeyd edək ki, Mbappe "Real"ın heyətində bütün yarışlarda 47 oyun keçirib, 33 qol vurub.
Qeyd edək ki, fransız futbolçu Madrid klubuna keçməzdən əvvəl PSJ-də forma geyinirdi.
0
0